Bu gün Bakı Apellyasiya məhkəməsində Bayram Məmmədovun apellyasiya şikayətinə baxılıb. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə NİDAçı gənc barədə Bakı Ağır Cinayətlər məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Məhkəmədə çıxış edən müdafiəçi Elçin Sadıqov apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyasının nəzərinə çatdırıb. “Bilirəm məhkəmə həqiqətin nə olduğunu bilir, amma həqqiqətin zidddinə hərəkət edir. Siz də bilirsiniz ki, Bayram Məmmədov heykəl yazdığına görə həbs edilib. Tutma protokolu müdafiəçinin iştirakı olmadan tərtib olunması müdafiə hüqunun kobud pozuntusudur, bu halda əldə olunmuş dəlillər sübutlar siyahısından çıxarılmalı idi. Hal şahidlərinin əməliyyatçılarla eyni tərkibdə bir neçə prosesdə iştirak etməsi onların əməliyyatçılardan asılılığının göstəricisidir. Bununla bağlı xeyli sənəd həm birinci instansiya məhkəməsinə təqdim edilib, həm də apellyasiya şikayətində bu barədə ətraflı yazılıb”,- deyə vəkil bildirib.
Elçin Sadıqov Beynəlxalq konvensiyanın 3-cü, 5-ci, 6-cı, 10-cu və 18-ci maddələrinə görə Bayram Məmmədova bəraət verilməsini məhkəmə tərkibindən xahiş edib.
Sədrlik edənin “heç narkotik ittihamından danışmadınız?” sualına vəkil “narkotik varkı?” deyə sualla cavab verib.
Bayram Məmmədov vəkillə razı olduğunu bildirib.
Hakim:
-Hesab edirsiniz ki, sizdə narkotik olmayıb?
Bayram Məmmədov:
-Hesab etmirəm, əminəm!,- deyib.
Məhkəmədən sonra müdafiəçi Elçin Sadıqov jurnalistlərə açıqlama verərək, verilən 22 vəsatətdən heç biri təmin olunmadığını, qərardan tez bir zamanda kassasiya şikayəti veriləcəyini bildirib.
Təzəxan