Rusiyada xüsusi olaraq prezident Vladimir Putin və yaxın ətrafı üçün klinika tikilir.
Bu barədə məlumatı «Reuters» agentliyi klinikanın layihəsi ilə tanış olan mənbəyə istinadən yayıb.
Plana əsasən, üç mərtəbədən ibarət olacaq klinika Moskvada – keçmiş Mərkəzi Klinik Xəstəxananın ərazisində yerləşəcək.
Tikintisi 2020-ci ildə başa çatacaq klinikada 200 kvadratmetrlik 2 VİP palata, konfrans zalı, görüş otağı, həmçinin hovuz olacaq.
Klinikanın tikintisi 2,9 milyard rubla başa gələcək.
Kreml «Reuters»in sorğusuna cavabında klinikanın tikildiyi ilə bağlı xəbəri təsdiqləyib. Lakin bildirilib ki, tibb müəssisəsi yüzlərlə məmur üçün nəzərdə tutulub.
Gültəkin