Obama administrasiyasının Rusiyaya qarşı sanksiyalarının sayı açıqlanıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, 2014-cü ildən bu yana Vaşinqton müxtəlif bəhanələrlə Moskvaya 35 dəfə sanksiya tətbiq edib.
“Hazırda ABŞ-ın “qara siyahılarında” Rusiyanın 172 vətəndaşı, həmçinin 352 hüquqi şəxs var.
Zaxarova əlavə edib ki, ABŞ sanksiya siyəsətini Rusiyanın aqressiyası ilə əsaslandırır ki, bu da uydurmadan başqa bir şey deyil.
Xatırladaq ki, yanvarın 13-də Barak Obama Rusiyaya qarşı sanksiyaların daha bir il müddətinə uzadılmasına qərar verib. Səbəb isə Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçılara dəstək verməsidir.
Gültəkin