“The İndependent” yazır ki, Amerika jurnalistləri ABŞ prezidenti seçilmiş Donald Tramp-a açıq məktub yazıblar.
Məktubda xəbərdarlıq edilir ki, jurnalistlər, bundan sonra hamkarlarının mətbuat konfranslarında qulaqardına vurulmasına və ya təhqir edilməsinə sakitcə müşahidəçi olmayacaqlar.
“Odur ki, siz innən belə hər hansı jurnalistin üstünə çığırsanız və ya xoşunuza gəlməyən bir sözü deyən müxbiri qulaqardına vursanız, qarşınızda bizim vahid cəbhəmizi görəcəksiniz” – deyilir Columbia Journalism Review məcmuəsində dərc edilmiş məktubda.
Bu məktubdan əvvəl cənab Trump 6 aylıq fasilədən sonra keçirilmiş ilk mətbuat konfransında CNN müxbiri Jim Acosta-nın sualına cavab verməkdən imtina etmişdi.
Bəzi xəbərlərə görə cənab Trump-ın mətbuat katibi Sean Spicer Acosta-ya xəbərdarlıq edib ki, o, özünü gələcəkdə də belə aparsa mətbuat konfransından çıxarılacaq.
Məktubda deyilir ki, cənab Trump mətbuatın material yığdığı toplanışları qulaqardına vuraraq ailə şamlarına getməyə üstünlük verib, onu tənqid edən jurnalistləri Twitterdən “qərəzli”, “çirkab yığan” kimi sözlərlə şəxsən təhqir edib.
O həmçinin NBC müxbiri Katy Tur-u özünün kütləvi mitinqində təhqir edib və tərəfdarlarını da jurnalisti təhqir etməyə çağırıb.
Trump onun haqqında Britaniya kəşfiyyatçısı tərəfindən tərtib olunmuş dosyeni çap edən BuzzFeed saytını “əzvay zibil qalağı” adlandırıb.
Açıq məktubda deyilir ki, “əlbəttə kimləri dəvət etmək sizin ixtiyarınızdadır, amma unutmayın ki, biz alternativ informasiya toplamağın yollarını yaxşı bilirik.
Bu da qeyd olunur ki, hansısa jurnalistin tədbirə buraxılmaması həmin jurnalistə həmin tədbir barədə yazmağı qadağan etmir.
“Nəyi və necə yazmaq qərarı bizdədir” – deyilir məktubda.
“Ən yaxşı halda siz bu vəzifədə səkkiz il qala biləcəksiniz, biz isə bu Respublika yaranandan burdayıq və bizim bu böyük demokratiyadakı rolumuz dəfələrlə və dəfələrlə təsdiqlənib və güc alıb. Siz bizi, varlığımızın məqsədi barədə təməl suallar barədə düşünməyə vadar etmisiniz. Buna görə sizə təşəkkür düşür. İndilik, inaqurasiyanızdan kef alın…” – deyilir məktubda.