ABŞ prezidenti Barak Obama ölkənin seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək.
Bunu o, ABŞ prezidenti qismində keçirdiyi sonuncu mətbuat konfransında deyib.
“Andiçməyə gəldikdə isə mən və həyat yoldaşım Mişel orada olacağıq”, – deyə Obama bildirib.
Lakin Barak Obama konqresmenlərin Trampın andiçmə mərasimini boykot etməsinə münasibət bildirməyib.