Heyif Neft Fondundan ayrılan o 7.5 milyard manata (4 milyard dollara). Müvəqqəti olaraq manatın məzənnəsini nəzarətdə saxlayacaqlar. Özlərinə təskinlik verəcəklər ki, “maliyyə sabitliyi” təmin olunur və yenə də hər hansı real islahatları yaxın buraxmayacaqlar. İlin sonuna həmin pul xərclənəcək, yəni satılacaq banklara, banklardan da onun 90 faizini oliqarxlar və iş adamları alıb, yenidən bir üsulla çıxaracaqlar xaricə. Ölkədən kapital axını beləcə davam edəcək. Pul qurtaranda məlum olacaq ki, ölkə yenə də uçurumun kənarındadır. Manat yenə ucuzlaşacaq, qiymət yenə artacaq, qeyri-neft sektoru yenə də inkişaf etməyəcək, ölkədə biznes mühüti formalaşmayacaq. Beləliklə, guya gələcək nəsillər üçün nəzərdə tutulan Neft Fondundan daha 7.5 milyard manatımız xərclənəcək, həm də qızıl kimi vaxt itirəcəyik. Sonda da məlum olacaq ki, heç bir real islahat başlamayıb…