Polşa prezidenti Bronislav Komorovski seçki kampaniyası çərçivəsində retro-tramvayla gedərkən yol qəzasına düşüb. İnsident Konstantinuv-Ludski şəhərində baş verib. Dövlət başçısının olduğu tramvay relsdən çıxıb. Heç kim xəsarət almayıb.
Prezident Komorovski baş verən olayı yumorla qarşılayıb. “Bəziləri deyə bilərdilər ki, bu provakasiyadır, – o, zarafatla deyib.
“İrəli gedirik”, – o, Twitter-dəki səhifəsində yazıb. (Modern.az)