ATV telekanalında yayımlanan “Səbəbkar” verilişində Aşıq Ədalət söyüş söyüb. Verilişdə Aşıq Namiqin sazda ifasının sədaları altında rəqqasə Aytənin oriental rəqsi nümayiş olunub. Aşıq Ədalət də onları küçə söyüşü ilə təhqir edib. Bu məsələ sosial şəbəkələrdə ciddi müzakirə mövzusudur. Kimi Aşıq Ədalətə haqq qazandırır, kimi onu bu addımına görə qınayır. Yeri gəlmişkən, rəqqasə Aytən artıq Aşıq Ədaləti məhkəməyə verib və ondan ictimaiyyət qarşısında üzr istəməsini tələb edir.
Maraqlıdır ki, bu məsələyə hələ Milli Televiziya və Radio Şurası reaksiya verməyib. Nədənsə Nuşirəvan Məhərrəmli susmağa üstünlük verir.
Söhbət ondan getmir ki, Nuşirəvan Məhərrəmli rəqqasə Aytəni müdafiə etməlidir. Söhbət ondan gedir ki, Aşıq Ədalət rəqqasəni efirdən təhqir edib. Bu baxımdan Milli Televiziya və Radio Şurası bu məsələyə dərhal reaksiya verməli idi.