Müsavat Məclisinin üzvü Nəsibə Şuşalı partiyadan istefa verib. O, bu haqda özünün "facebook" səhifəsində məlumat yayıb: “Mən, Nəsibə Əli qızı, Müsavat Partiyasının sonuncu qurultayından sonra bas verən olaylarla əlaqədar və onun məntiqi nəticəsi olaraq iqtisadçı alim Qubad İbadoğlunun partiyanın mövcud rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq partiya sıralarından uzaqlaşdırılmasına etiraz əlaməti olaraq partiyanın Məclis üzvlüyündən və partiya sıralarından istefa verdiyimi bəyan edirəm”.
Müsavat Partiyasının üzvü Əlikram Əhmədli də partiya sıralarından istefa verdiyini bəyan edib. O da bu haqda özünün "facebook" səhifəsində məlumat yayıb.