Bu gün səhər saatlarında Fransanın Marsel şəhərində başlıq geyinmiş naməlum şəxslər polis əməkdaşına atəş açıblar. BFMTV telekanalının məlumatına görə, insident bu gün günortadan sonra şəhərə gələcək və çərşənbə axşamına qədər burada qalacaq V respublikanın baş naziri Manuel Valsın səfəri ərəfəsində baş verib.
Hazırda həmin ərazi xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. (Trend.az)