Balıq iyi verən partnomenklatura hansı məqsədlərlə formalaşdırılır?
Quba üsyanı çox ilginc bir faktı ortalığa çıxardı: Icra başçısı dövlət məmuru olmaqdan daha çox biznesmen imiş. Orada 5 il ərzində 4 villa tikdirmək, hektarlarla sahəni əhatə edən şəxsi təsərrüfat yaratmaq bir dövlət məmurunun davranışı deyil, iş adamının davranışıdır. Adamın bioqrafiyasında da yazılıb ki, hansısa “Müstəqil Balbelan” adlı kiçik müəssisənin varisi olaraq Qubanın icra başçısı təyin edilib. Ümumiyyətlə, Azərbaycanın bütün dövlət məmurları biznes adamlarıdır, amma prezidentin şəxsi təmsilçisi olan icra başçılarının da biznes adamları olması son nəticədə Quba sindromunu yaradır. Icra başçısının hansı bizneslə məşğul olması, bunun qanuna uyğunluq dərəcəsi cəhənnəmə, amma biznesmen məmurlar biznes maraqlarına qulluq etdikləri üçün zülm və zillət çəkirlər.
Bəs daha hansı icra başçıları biznes adamları olaraq dövlət qulluğuna daxil olublar? Əslində, elə bir icra başçısı yoxdur ki, rəhbərlik etdiyi rayonu biznes obyekti kimi mənimsəməsin. Amma bioqrafiyasında biznesmen tarixçəsi olan icra başçılarının daha biznesmen olmadıqları heç bir əsas və məntiqlə inkar edilə bilməz.
Hər halda, biznesmen icra başçılarının fəsadlarını bir kənara qoyub onların sırasına nəzər salaq.
Əzəmətli “Improtex”in varisi
Ismayıllı rayon Icra Hakimiyyətinin başçısı Nizami Ələkbərov. 2 iyun 1952-ci ildə Tovuz şəhərində ÿanadanÿ olub.1973 – cü ildə Azərbaycan Xalq Təsərrüfatı institutunu bitirib.
Əmək kitabçasındakı qeydlər:
1973 – Şəki ipək istehsalat birliyində mühasib
1976 – Birliyin boya tamamlama istehsalatının böyük mühasibi
1981 – Şəki rayon icraiyyə komitəsində sədr müavini
1982 – Rayon Sovetinin deputatı, Şəki rayon xalq məhkəməsinin xalq iclasçısı
1983 – Azərbaycan SSSR Ədliyyə Nazirliyi sistemində kadrlar şöbəsinin rəis müavini
1986 – Nazirliyin qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması Idarəsinin baş məsləhətçisi
1986 – Bakı şəhəri Oktyabr rayon xalq məhkəməsində stajçı
1987 – ci ildən 1993-cü ilə kimi Bakı şəhəri Yasamal rayonunun xalq hakimi
1993 – 1994: “ImprotexÿHoldinq Qrup” şirkətinin vitse-prezidenti
1994 – 1995: “Imair” avia şirkətinin icraçı direktoruÿ
1995 – 2000: Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2001 – 2006: “Improtex” şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 6 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Ismayıllı rayon Icra Hakimiyyətinin Başçısı təyin edilmişdir. Indi onun Ismayıllı rayonunun dövlət idarəçiliyinə, yoxsa “Improteks”in biznes maraqlarına daha çox xidmət etdiyini araşdırmaq bizim işimiz deyil. Əslində isə, bizim işimizdir, yəni müstəqil jurnalistikanın.
Parlayan Yıldızın işığı ilə Şamaxıya
Məmmədov Asif Salaman oğlu- 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç.Ildırım adına Azərbaycan Politexnik Institutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar “Əzizbəyovneft” və H.Z.Tağıyev adına NQÇI-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, “Kaspi-Yıldız” Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri, Əzizbəyov rayon Icra Hakimiyyətində RIHB-nın müavini, 2006-cı ildən 21 aprel 2011-ci il tarixədək isə Balakən rayon Icra Hakimiyyətinin başçısı
vəzifəsində işləmişdir. “Kaspi-Yıldız” xalq arasında Kəmaləddin Heydərovun adı ilə bağlanan özəl müəssisədir. Yanğınsöndürmə təsərrüfatı üçün aparatlarla məşğuldur.
21 aprel 2011-ci il tarixdən Şamaxı Rayonu Icra Hakimiyyətinin başçısıdır. YAP-nın üzvüdür.
Bu adamın əmək kitabçası itmişdir
Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. Ixtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir.
Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon Icra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
IH-nin rəsmi saytında qeyd edilir: “sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur”. Amma buradan dəqiq bilinmir ki, “sonralar” nə deməkdir və nə zaman başa çatır. Görünür, bu “sonralar” başa çatmayıb.
1989-dan 2007-yə qədərki “ozon dəliyi”
Məmmədov Mənsur Həmzə oğlu
Göyçay Rayon Icra Hakimiyyətinin Başçısı
Məmmədov Mənsur Həmzə oğlu, 20.04.1965-ci ildə Ucar rayonunun Qazıqumlax kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Politexnik Institutunun mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. 14 dekabr 2007-ci ildən Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Mənsur Məmmədov 2007-ci ilə qədər Zərdabda da icra başçısı vəzifəsində işləyib. Bundan əvvəl deyəsən, avtovağzaldamı, haradasa başqa bir yerdəmi, işləyib. Ondan daha əvvəl isə Moskva bazarlarında ticarət işləri ilə uğraşdığı haqqında söhbətlər var.
Sovet-Türkiyə müəssisələrindən qalan nostalji
Bağırov Rövşən Elmidar oğlu
Lerik Rayonu Icra Hakimiyyətinin Başçısı
28.11.1983-cü ildə Əzizbəyov adına Neft-Kimya Institutunu “Əməyin mühafizəsi”ÿixtisası üzrə bitirib. Sonra əsgərlikdən qayıdıb həmin fakültədə laborant, institutda mühasib-filan işləyib. Bir ara komsomolla məşğul olub.
Tale 1991-ci ildə onu “Gənclik” adlı sovet-türk birgə müəssisəsində mühasib vəzifəsinə atıb. Buradan isə “Amal” adlı kiçik müəssisənin baş mühasibi vəzifəsinə keçib. Sonra daha iri maliyyə mərkəzlərində “Yelmarbank”da (1995-96), “Debütbank”da (1994-2003) yarımməsul vəzifələrdə işləyib.
Indi Lerikdə icra hakimiyyətinin başçısıdır.
Hislənmiş balıqlardan “Caspian Fish”ə
Tahir Abuzər oğlu Kərimov
1961-ciÿ ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı Institutunu bitirib.
31.10.1979 – 22.11.1981-ci illərdə hərbi xidmətdə olub. Əsgərliyə getməmişdən əvvəl 10 ay Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. Amma əsgərlikdən qayıdandan sonra həmin Nazirliyin Kommunal kontorunda fəhlə kimi işə başlayaraq 3-cü dərəcəli çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib.
1991 – 1995-ci illərdə “Ümid” Istehsalat Assosiasiyasının Prezidenti olub.
22.08.1995 – 29.03.2001-ci illərdə H.Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb.
03.04.2001 – 30.12.2002-ci illərdə “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləyib.
01.01.2003 -16.02.2006-cı illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib.
6.02.2006 – 18.02.2011-ci illərdə Daşkəsən rayon Icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
18. 02. 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Salyan rayon Icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Onun Salyana icra başçısı qoyulmasının balıq təsərrüfatı ilə əlaqəsi olmaya bilməz.
Əmək kitabçası itmiş daha bir IH başçısı
Xəzər Rayon Icra Hakimiyyətinin Başçısı Islamov Gülağa Bayram oğlu (25.01.1995 tarixindən)
19 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ali təhsillidir, Poltava kooperasiya Institutunun Əmtəəşünaslıq ixtisasını bitirmişdir. Ailəlidir.
Qeyd: IH-nin rəsmi saytında əmək fəaliyyəti ilə bağlı məlumatlar yazılmayan başçıların əmək kitabçalarının itdiyini ehtimal etmək ən kəsə yoldur.
Tramvayın Cəlilabada nə dəxli var?
Əzizov Əziz Imran oğlu
Cəlilabad Rayonu Icra Hakimiyyətinin Başçısı
Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin 08 avqust 2006-cı il tarixli 1595 N-li Sərəncamına əsasən Əzizov Əziz Imran oğlu Cəlilabad Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
1985-1986 – Tramvay parkında xətt sahəsi təmiri ustası,
16.01.1986 – 21.09.1987 – Tramvay parkında vaqon bölməsində usta,
21.09.1987 – 20.01.1989 – Tramvay parkında yol təhlükəsizliyi müfəttişi,
31.01.1989 – 10.09.1990 – Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi,
10.09.1990 – 19.10.1992 – Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən,
19.10.1992 – 09.02.1993 – Bakı şəhər Nəqliyyat Departamenti, texniki şöbənin rəisi.
09.02.1993 – 01.02.1996 – Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis,
05.03.1996 – 08.08.2006 – Sahibkarlıq fəaliyyəti,
Və 10 illik biznesdən sonra 08.08.2006-cı ildən Cəlilabad Rayon Icra Hakimiyyətinin başçısı.
Kafe müdirinin müavini və… icra başçısı
Mahir Hacı oğlu Quliyev, Biləsuvar RIH-nin başçısı
28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində “Naxçıvan” universitetinin Inzibati Idarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə “Yenilik” qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon Istehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun Ictimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 08.09.2006-cı ildən 26.04.2011-ci ilədək Astara rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir. 26.04.2011-ci il tarixdən Biləsuvar Rayon Icra Hakimiyyəti Başçısı vəzifəsində işləyir.
YAP-nın bütün qurultaylarında iştirak etmişdir.
Məxfi həyat yolu ilə IH aparatına
Isayev Vidadi Isa oğlu
Azərbaycan Respublikası Prezidentinin 03 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə rayon Icra Hakimiyyətinin başçısı təyin edilmişdir
Bərdə rayonunun strateci əhəmiyyəti nəzərə alaraq bu vaxta qədər keçdiyi həyat yolu məxfi saxlanılır.
Daha bir məxfi yol
Niftəliyev Rafiq Həbibulla oğlu
Ağdaş Rayonu Icra Hakimiyyətinin Başçısı
Azərbaycan Respublikası Prezidentinin 02 may 2002-ci il tarixli, 910 nömrəli sərəncamı ilə Rafiq Həbibulla oğlu Niftəliyev Ağdaş rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
***
Bunlar IH başçılarının bir neçəsi haqqında rəsmi bilgilərdir. Azərbaycanda Dövlət Idarəçilik Akademiyası adlı ali məktəb fəaliyyət göstərir. Hər il oranı çoxlu sayda adamlar bitirir. Amma bizim icra başçıları hələ də Sovet “partşkolası”nı bitirənlər və ya balıq biznesindən başı çıxanlar arasından seçilir. Niyə? Ona görə ki, işlədikləri rayonlarda beş-altı villa özləri, beş-altısını da daha iri “dövlət məmurları” üçün tikib istifadəyə versinlər. Ən azı bu qədər.
Informasiya şöbəsi