Ağ Ev Obama ailəsinin illik gəlirini açıqlayıb. Açıqlamada, ailənin 2014-ci ildə təxminən 477 min dollar gəlir əldə etdiyi, 93 min dollar isə vergi ödədiyi bildirilir. Ailənin büdcəsinin əhəmiyyətli hissəsini Barak Obamanın vəzifə maaşı təşkil edir. Obama, bu vəzifəsindən illik təxminən 400 min dollar əldə edir. Vəzifə maaşından kənarda isə ailənin ən böyük gəliri prezident Obamanın 1995 və 2006-ci illərdə yazdığı iki kitabın satışından əldə olunur. Ancaq açıqlanan rəqəmlərə görə, Obamanın kitablardan əldə etdiyi gəlir hər ötən il azalır.
azadliq.info