AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Bakını gözləyən təhlükədən yazıb. Fuad Qəhərmanlı özünün "facebook" səhifəsindən paylaşdığı yazını təqdim edirik:
"Bakıda insanların həyatı kütləvi şəkildə təhlükədədir. Şəhərdə fasadların yenidən qurulması, təmiri adı altında tez alışa bilən plastik lövhələrlə binların fasadlarının örtülməsi, büdcədən 10 milyonlarla vəsaitin oğurlanması üçün düşünülümüş korrupsiya layihəsidir. "Nobel" prospektində 9 mərtəbəli binaya döşənmiş bu üzlük lövhələrin qısa müddət ərzində alışıb yanması nəticəsində, binanın tamamilə yararsız vəziyyətə düşməsi eyni qaydada "təmir" edilən 100-lərlə binanın nə qədər böyük təhlükədə olduğunu göstərir. Küləyin gətirəcəyi adi bir qığılcım və ya planlı təxribat Bakını bir an içində yanan şəhərə çevirə bilər. Pul, harama qazanc üçün insanların həyatını, evlərini təhlükəyə atanlar Bakını həyat üçün ən təhlükəli şəhərə çevriblər. Nə qədər gec deyil, bu binaların sakinləri təcili tədbirlər görülməsi üçün yığışb tədbir görülməsini tələb etməlidirlər".