"Biz hiss edirik ki, Azərbaycandakı insan haqqları böhran vəziyyətinə çatıb" – Bunu Azadliq Radiosu ilə söhbətində Human Rights Watch Avropa və Orta Asiya bölümünün rəhbəri Hugu Williamson deyir. Onun sözlərinə görə, Azərbaycan rəsmilərinin onların təşkilatı ünvanına səsləndirdikləri ittihamların əsası yoxdur. Human Rights Watch heç bir hakimiyyət tərəfindən maliyyələşdirilmir və heç bir dövlətin marağını güdmür.