“Kimliyindən asılı olmayaraq, kimlər qanunu pozubsa, qanuna qarşı gedibsə və yaxud hansısa məhkəmə qanunsuz qərar çıxarıbsa, dərhal məsuliyyətə cəlb olunmalıdır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında YAP-nin icra katibinin müavini, deputat Siyavuş Novruzov Lamiyə Quliyeva məsələsinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, bu, bir cinayət işidir: “Bununla əlaqədar bütün cəmiyyət ortaya düşüb. Hesab edirəm ki bu məsələ hüquq-mühafizə orqanlarının, məhkəmənin işidir. Bu məsələ araşdırılmalıdır, təqsirkarlar cəzalandırılmalıdır. Qanunun aliliyi tətbiq olunmalıdır”.