AXCP GK-nin "Azadlıq"a verdiyi məlumata görə, artıq Yasamal Rayon Məhkəməsi Ruslan Nəsirlini inzibati qaydada 20 sutka azadlıqdan məhrum edib.
***
Daha bir cəbhəçi gənc polis tərəfindən saxlanılıb. Yaxınlarının "Azadlıq"a verdiyi məlumata görə, Ruslan Nəsirli özü bu haqda məlumat verib. Ruslan yalnız telefonda onu polisə müqavimət göstərməkdə ittiham etdiklərini, hazırda Yasamal Rayon Məhkəməsinə gətirildiyini deyə bilib. Xatırladaq ki, son bir sutka ərzində artıq 3 AXCP üzvü eyni itthamla şərlənərək həbs edilir.