Polisə müqavimətdə ittiham olunar Saqif Qurbanova 25 sutka verildi
AXCP Səbail Rayon şöbəsinin sədri Saqif Qurbanovun Səbail rayonu ərazisində yerləşən ofisinə polislər hücum ediblər. Hadisə bu gün baş verib. Polislər daha sonra ona qarşı fiziki zor tətbiq edərək naməlum istiqamətə aparıblar. Daha sonra Saqif Qurbanov Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıldığı məlum olub.
Daxili İşlər Nazirliyindən "Azadlıq"a Saqif Qurbanovun saxlanılması ilə bağlı araşdırma aparacaqlarını bildirsələr də, lakin onu konkret hansı səbəbdən saxlanıldığına aydınlıq gətirməyiblər.
Axşam saatlarında isə məlumat aldıq ki, Saqif Qurbanov Səbayel Rayon Məhkəməsinə aparılıb. AXCP fəalı 310-cu (polisə müqavimət) maddəsilə ittiham olunaraq 25 sutka inzibati həbs cəzasına məhkum edilib.