Vahid Məhərrəmov: “Buğdanın bir hissəsini satışa çıxarmaqla qiymət artımının qarşısını almaq düşünülmüş siyasət deyil”
Unun qiymətinin bahalaşmasının qarşısının alınması üçün Dövlət Taxıl Fondundakı ehtiyatlar satışa çıxardılır.
İqtisadiyyat və Sənaye Nazirliyi bildirir ki, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir. “Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınmışdır. Bu isə, çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir”,- Nazirlik bildirir (marja).
Hazırda manatın məzənnəsində enmə baş verdikdən sonra bir sıra ticarət obyektlərində çörəyin qiyməti artırılıb. Bəzi yerlərdə isə qiymət əvvəlki səviyyədə qalsa da onun çəkisi azaldılıb.
Bəs qəbul olunan bu qərar hansı nəticələri verə bilər? Yaranmış situsiyada Dövlət Taxıl Fondundakı ehtiyatların satışa çıxarılması düzgün addımdırmı?
Ekspert Vahid Məhərrəmov bildirdi ki, Nazirlər Kabinetinin verdiyi sonuncu qərara görə, Azərbaycanın taxıl ehtiyatı 750 min tona çatdırılıb. Bu da onunla əlaqədardır ki, Azərbaycanın taxıl idxal etdiyi ölkələrdə taxılın qiyməti artıb. Ekspertin sözlərinə görə, Rusiyada 1 ton buğdanın dəyəri əvvəlki qiymətdən fərqli olaraq fevralın 1-dən 37 avro artıb: “Artıq iyirmi gündən artıqdır ki, Rusiya ixrac etdiyi taxılın qiymətini artırıb. Bu da əlbətdə buğdanın qiymətinə təsir edir. Buna görə, hökümət ehtiyat fondundakı taxılın həcmini 500 min tondan 750 min tona çatdırdı. Məqsəd fondakı taxıl ehtiyatını artırmaq idi. Fonddakı taxıl ehtiyatı Azərbaycanın beş aylıq təlabatını ödəyə bilər. Düzdür hökümət bu ehtiyatın yeddi aya çatacağını desə də hesablamalar göstərir ki, bu cəmi beş ay kifayət edə bilər”.
V.Məhərrəmov bildirdi ki, buğdanın bir hissəsini satışa çıxarmaqla qiymət artımının qarşısını almaq məqsədi tam düşünülmüş siyasət deyil. Çünki çörəyin qiymətinə unun dəyərinin təsiri çox azdır. Burda əsas digər xərclərdir: “Birincisi çörək istehsalı ilə məşğul olan şirkətlərin, zavodların, pekarnilərin bir hissəsi banklardan kredit götürüb. Onlar həmin krediti onun faizni qaytarmalıdır. Onların avadanlıqlarının ehtiyat hissələri xaricdən gəldiyi üçün dollarla lınır. Digər tərəfdən bazarda artıq qiymət artımı baş verib və bu öz təsirini bütün sferalara göstərib. Necə ola bilər ki, ərzaqların qiyməti baha olsun, amma çörəyin qiyməti ucuz olsun. Ona görə bu qiyməti süni şəkildə uzun müddət saxlamaq mümkün olmayacaq. İndiki halda qiymət artımımın qarşısını almaq mümkün olmayacaq. Artıq qiymət artımı baş verib. Buan da səbəb ölkəyə gətirilən taxıl dollarla alınır”.
Xəyal