Həsən Ruhani: "İmzanın atıldığı gün İrana qarşı bütün sanksiyalar aradan qalxmalıdır"
Bütün sanksiyalar aradan qaldırılmayana qədər İran nüvə anlaşmasının yekun sənədinə imza atmayacaq. Bu bəyanatla İran prezidenti Həsən Ruhani dövlət televiziyasına müsahibəsində çıxış edib: «İmzanın atıldığı gün İrana qarşı bütün sanksiyalar aradan qalxmalıdır. Bu anlaşmanın bütün tərəflər üçün itkisiz olmasını istəyirik».
İranla «altılıq» ölkələri (ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin) arasında nüvə danışıqları aprelin 2-də Lozannada başa çatıb. Anlaşmaya imza atacağı təqdirdə, İranın üzərindəki sanksiyalar tədricən ləğv ediləcək. İran prezidentinin son bəyanatından isə məlum olur ki, Tehran sanksiyaların tədricən deyil, imzalanmanın baş tutduğu gün ləğvini tələb edir. Bu yanaşma İran tərəfinin yekun mərhələdə hansı qərar verəcəyi ilə bağlı suallar yaradır.
Gültəkin