Türkiyədəki siyasi partiyalar qarşıdakı parlament seçkilərinə namizədlərini müəyyənləşdirərək Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Yerli mətbuat AKP-nin namizəd siyahısını təhlil edərək orada prezident Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınan şəxslərin adlarını açıqlayıb. Həmin şəxslər bunlardır – Ərdoğanın kürəkəni Berat Albayrak, Ərdoğanın məsləhətçisi Mustafa Varankın yaxın qohumu Fatma Varank, həbsdə olarkən və çətin günlərində Ərdoğanın yanında olan Mücahit Arslan, Ərdoğanın hazırkı komandasında yer alan Aydın Ünal, Ərdoğanın vəkili Ali Özkaya, Ərdoğanın baş nazirliyi dönəmində mətbuat məsələlərinə cavabdeh Cəmaləddin Haşiminin atası Haşim Haşimi, əvvəl Ərdoğanın, indi də baş nazir Əhməd Davudoğlunun məsləhətçisi olan Ertan Aydın, TİKA başqanı Serdar Çamın həyat yoldaşı Lütfiye Selva Çam, Ərdoğanın baş nazirliyi dönəmində Maliyyə Nazirliyinin müstəşarı işləmiş Naci Ağbal, AKP-nin təbliğat mahnılarını oxuyan sənətçi Uğur Işılak, Ərdoğanın ən yaxın məsləhətçilərindən Yalçın Akdoğan, daha bir məsləhətçisi Emrullah İşlər, Ərdoğanın qapalı görüşlərində tərcüməçilik edən Çağatay Kılıç, daxili işlər naziri Əfqan Ala, Ərdoğanın baş məsləhtçisi Nəbi Avcı.
Gültəkin