İsrailin baş naziri Benyamin Netanyahunun Fələstin dövlətinin yaranmasına imkan verməyəсəyi barədə seçkiönсəsi çıxışı ABŞ hökumətini təşvişə salıb. Bunu ABŞ prezidenti Barak Obamanın beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Denis Makdonou bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar İsrail-Fələstin münaqişəsinin həllinin iki dövlətin qurulmasından keçdiyi barədə mövqeyinə sadiqdir: «ABŞ baş nazir Netanyahunun məlum bəyanatını heçə saya bilməz. Baxmayaraq ki, o, sonradan bu mövqeyindən geri çəkildi. Amma biz özümüzü sanki o sözlər heç deyilməyibmiş kimi apara bilmərik. ABŞ iki ayrı dövlət ideyasını populyarlaşdırmaq üçün xeyli enerji xərjləyib. Ona görə də. Netanyahunun mövqeyi bizdə narahatlıq yaradıb».
Makdonou onu da bildirib ki, İsrailə kimin rəhbərlik edəсəyinin onlar üçün əhəmiyyəti yoxdur. Vaşinqton istənilən halda iki ayrı dövlət konsepsiyasından imtina etməyəсək: «Netanyahunun ziddiyyətli açıqlamaları İsrailin münaqişənin dinс yolla həllinə sadiq qaldığını şübhə altına salır. 50 il davam edən işğal başa çatmalıdır».
Gültəkin