Terror təşkilatın pilotu yandırmasına cavab olaraq, onun 2 mühüm adamı barəsində ölüm hökmü icra edildi
İordaniya hökuməti öz vətəndaşı, pilot Muaz Əl-Kasasbini İŞİD-in yandıraraq öldürməsinə cavab olaraq fevralın 4-ü səhər saatlarında bu təşkilatla bağlı olan iki məhbus terrorçunu edam edib. Edam olunanlardan biri İŞİD-in xüsusi önəm verdiyi iraqlı qadın Sədicə Ər-Rişavidir. O, 2005-ci ildə Ommanda 60 nəfərin həyatına son qoyan 3 oteldə partlayış törətmək ittihamı ilə mühakimə olunaraq ölüm hökmü cəzası almışdı.
İkinci edam edilən məhbus isə Ziyad Əl-Karbulidir. O, “Əl Qaidə”nin Əbu Hədifa ləqəbi ilə tanınmış liderlərindən idi. 2007-ci ildə tutularaq İordaniya vətəndaşlarına qarşı terror hazırlamaq ittihamı ilə ölümə məhkum edilmişdi.
azadliq.info