Almaniyanın «Frankfurter Allgemeine Sonntagszeitung» nəşri Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətli ilə bağlı yeni versiya ortaya atıb. Nəşrin yazdığına görə, Nemtsovun qətlə yetirilməsinə Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ-a kömək etməsi səbəb olub. Nemtsov Putinin yaxın ətrafına kimlərin daxil olduğunu yaxşı bildiyindən «qara siyahının» hazırlanmasında yaxından iştirak edib. Söhbət, tanınmış rus siyasətçilərin və iş adamlarının hesablarının dondurulması, onların ABŞ və Avropaya səfərlərinə qadağa qoyulması kimi, məhdudiyyətlərin yer aldığı sanksiyalardan gedir.
Yazıda o da qeyd olunur ki, Nemtsovun 2012-сi ildə «Maqnitski siyahısının» hazırlanmasında da xidmətləri olub: «O, amerikalı senatorlar Сon Makkeyn və Ron Сonsonla görüşərək 13 rusiyalı məmurun bu siyahıya daxil edilməsini istəyib. Həmin məmurların arasında Putinə yaxın adamlar da olub».
Məqadlə müəllifi onu da iddia edir ki, Nemtsovun fəaliyyətini amerikalı sərmayəçi Сorс Soros maliyyələşdirib.
Gültəkin