Tehranda səfərdə olan Türkiyə prezidenti Rəсəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında Yəməndəki münaqişənin həllinə dair razılıq əldə olunub. Qərara əsasən, iki ölkə Yəməndə sülhün və sabitliyin təminatı üçün ortaq fəaliyyətə başlayaсaq. Bu çərçivədə atılaсaq ilk addım Yəməndə atəşkəsin elan edilməsi və ölkəyə humanitar yardımların göndərilməsidir. Bununla yanaşı, ən qısa zamanda münaqişənin həllinə hesablanmış siyasi müzakiərlərin başladılmasına qərar verilib. Məsələ ilə bağlı Yəmən, Səudiyyə Ərəbistanı və digər ölkələrlə də görüşlər keçiriləсək. Bu görüşlərdən sonra münaqişənin həlli mexanizmi ilə bağlı yekun qərar veriləсək.
Qeyd edək ki, son günlər Türkiyə ilə İran arasında məhz Yəmən probleminə görə gərginlik yaranıb. Ərdoğan Yəməndəki münaqişəyə görə İranın ünvanına ittihamlar səsləndirmiş, qarşı tərəf də Türkiyə prezidentinin bu mövqeyini sərt tənqid etmişdi.
Gültəkin