Dünya liderləri növbə ilə Rusiyadakı paradı «boykot» edirlər. Bolqarıstanın prezidenti Rosen Plevnelievin də 9 may qələbə günündə Rusiyaya getməyəcəyi bəlli olub. Prezidentin mətbuat xidməti mərasimlə bağlı Kremldən dəvət aldıqlarını, lakin Bolqarıstan liderinin iştirakçılar arasında olmayacağını bildirib. Dəvətdən imtinanın səbəbləri barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, parad dəvətini qəbul etməyənlər arasında ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Avropa Birliyi Şurasının rəhbəri Donald Tusk, həmçinin Polşa, Latviya, Litva, Estoniya, Slovakiya və Gürcüstüan prezidentləri var.
Gültəkin