Türkiyə kəşfiyyatının (Milli İstihbarat Təşkilatı – MİT) rəhbəri Hakan Fidan vəzifəsindən istefa verib. Onun istefa verməsinə səbəb iyunda keçiriləcək parlament seçkilərində iştirak etmək istəyidir.
Hakan Fidan fevralın 10-dan keçərli olmaq üzrə, istefa ərizəsini artıq baş nazir Əhməd Davudoğluna təqdim edib.