“Ukrayna ölkənin Şərqində Rusiyanın iştirakı ilə genişlənən münaqişə şəraitində sağ qalmaq uğrunda vuruşur”. Bunu fevralın 6-da ABŞ-ın vitse-prezidenti Co Bayden bəyan edib.
O, Brüsseldə Avropa Şurasının rəhbəri Donald Tuskla görüşdə bildirib ki, Rusiya Ukraynanın şərqinə muzdlular və tanklar göndərməklə münaqişəni qızışdırmaqda davam edir. Bayden qeyd edib ki, Rusiyanın Avropanın xəritəsini dəyişməsinə imkan vermək olmaz. Avropa birlikdə və möhkəm olmalıdır.
ABŞ Dövlət katibi Con Kerri isə fevralın 5-də bildirib ki, prezident Barak Obama tezliklə separatçılarla mübarizədə Ukraynaya silah verilib-verilməməsini qərara alacaq.