Rublun ucuzlaşması səbəbindən Qazaxıstan Rusiya mallarına qadağa qoya bilər. Çünki bu mallar ölkənin daxili bazarına təhlükə yaradır. Astana neft məhsulları, avtomobil və onlar üçün ehtiyat hissələri, tikinti armaturu, ət, toyuq yumurtası, makaron, qənnadı məmulatları, un və şirələrə embarqo tətbiqini tələb edir. Rusiya mallarına qadağanın tətbiqini Qazaxıstan Milli Sahibkarlar Palatasının nümayəndələri tələb edir. Onların sözlərinə görə, qiymətin azalması səbəbindən yerli istehsalçılar onlarla rəqabət apara bilmir.
azadlıq.info