Mingəcevir şəhər "Sağ sahil" adlanan ərazidəki yarımçıq mehmanxanada müvəqqəti (?) məskunlasmış bir qrup məcburi köçkün bu gün günorta saatlarında etiraz aksiyası keçiriblər.
Sakinlərin iddiasına görə yaşadıqları bina qəzalı vəziyətdə olduğu üçün bir neçə dəfə kütləvi etiraz aksiyası keçirsələr də dərdlərinə əncam çəkən tapılmayıb.
Bu gün də məcburi köçkünlər səlahiyyət sahiblərinin məsələyə biganə yanaşmalarına etiraz əlaməti olaraq aksiya keçiriblər.
Şikayətçilər bildirirlər ki, bina qəzalı vəziyətdədir, dövlət qurumları binaya baxış keçirərək vəziyyətin çox acınacaqlı olduğunu təsdiq ediblər, buna baxmayaraq sakinlərə vəd verməklə kifayətlənərək qeybə çəkiliblər…
Məcburi köçkünlər prezidentdən və "Qaçqınkom" sədri Əli Həsənovdan imdad diləyərək yeni tikilmiş qəsəbədə onların da məskunlaşmasına kömək etmələrini xahiş edirlər. (Moderator.az)