Vergilər Nazirliyi «Azərsu»ya borcunu ödətdirə biləcəkmi?
Dövlət büdcəsini doldurmaq üçün Fazil Məmmədovun üzərinə öhdəlik qoyulması onu hakimiyyətdəki oliqarxlarla üz-üzə gətirməsi barədə məlumat vermişdik. Redaksiyamıza daxil olan məlumata görə, Fazil Məmmədovun öhdəliyi yerinə yetirməsi məqsədilə atdığı addımlar vəziyyəti daha da qəlizləşdirib.
Vergilər naziri təkcə oliqarx-məmurların obyektlərini deyil, vergiödəyicisi olan dövlət qurumlarını hədəfə alıb. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyiciləri məlumat yayarkən bəzi dövlət qurumlarının adını ora salıb. Bu qurumlardan biri də “Azərsu” ASC-nin nəzdində fəaliyyət göstərən “Birləşmiş Sukanal” MMC-dir. Bundan başqa “Azərsu”nun tabeliyində olan “Sutikinti” müəssisəsi də vergi borcunu vermir.
Lakin Fazil Məmmədovun atdığı addımlar göstərir ki, o heç kimə güzəştə getmək niyyətində deyil. “Azərsu” rəhbərliyi vergi borcunu ödəməyəcəyi təqdirdə Qorxmaz Hüseynovla Fazil Məmmədov arasında ciddi problemlərin yaranacağı qaçılmazdır. Məlumat üçün deyək ki, Qorxmaz Hüseynov neft şirkətinin prezidenti Rövnəq Abdullayevin kadrı sayılır.