«Tural Mustafayevin şikayətini rəsmən geri götürəcəyi hələ Xədicə Ismayılın azadlığa buraxılacağı anlamına gəlmir»
Yalçın Imanov: «Xədicə Ismayıla qarşı əlavə ittihamlar var, onlar hələ geri götürülməyib»
Tanınmış araşdırmaçı jurnalist, vicdan məhbusu Xədicə Ismayılın həbsində vasitəçi olmuş Tural Mustafayevin bu məsələ ilə əlaqədar Zakir Qaralova məktub yollaması barədə xəbər vermişdik. Tural Mustafayev baş prokurora müraciətində Xədicə Ismayıldan şikayətçi olmadığını yazıb.
Tural Mustafayevÿ ərizəsinin, eləcəÿdəÿ üzərində ÿZakir Qaralova ünvanlandığı qeyd olunan zərfin vəÿ məktubun göndərildiyini sübut edən poçt qəbzinin şəkillərini özünün “facebook” səhifəsində yayıb.
Məsələnin hüquqi tərəflərini öyrənmək üçün vəkil Yalçın Imanova müraciət etdik. Vəkil bildirdi ki, Tural Mustafayev müraciətində səmimi və dürüstdürsə, istintaq orqanına rəsmi qaydada müraciət edə bilər: “Tural Mustafayev bundan öncə də bu qəbildən açıqlamalar vermişdi. O şəxsi profil hesabından bəyan etmişdi ki, Xədicə Ismayıla qarşı heç bir şikayəti yoxdur. Bundan sonra onun öz şikayətini rəsmi qaydada geri götürməsi üçün məhdudiyyətlər yaranmışdı. Hesab edirəm ki, Tural Mustafayevin baş prokurora etdiyi müraciət eynilə bu qəbildən olan açıqlamadır. Çünki bu açıqlamaları şəxsən onun verməsi sübuta yetirilməyib. Bunun üçün Tural Mustafayev istintaq orqanlarına birbaşa müraciət etməlidir. Istintaqı əvvəl Bakı Şəhər Prokurorluğu, indi isə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Istintaq Idarəsi aparır. Bundan əlavə qeyd etmək istəyirəm ki, Xədicə Ismayıla qarşı cinayət məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi qaldırılaraq ötən il dekabrın 5-də onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi. Sonra Xədicə Ismayıla qarşı daha dörd ittiham irəli sürüldü. ”Külli miqdarda mənimsəmə", “qanunsuz sahibkarlıq”, “vəzifə səlahiyyətindən sui-istifadə” və “vergidən yayınma” əsasında ittiham irəli sürülüb və hazırda iş Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Istintaq Idarəsində təhqiq olunur. Bu da o deməkdir ki, Xədicə Ismayıla qarşı əlavə ittihamlar var, onlar hələ geri götürülməyib. Tural Mustafayevin şikayətini rəsmən geri götürəcəyi hələ Xədicə Ismayılın azadlığa buraxılacağı anlamına gəlmir".
Xatırladaq ki, yerli vəÿ beynəlxalq ictimaiyyət isəÿ Xədicəÿ Ismayıla qarşı ittihamların qondarma olduğu vəÿ onun siyasi sifarişlə ÿhəbs ÿedildiyi qənaətindədir. Onun həbsinin ÿəsl səbəbi prezident dəÿ daxil olmaqla, hakimiyyətdəkilərin korrupsiyaÿəməllərilə ÿbağlı apardığı araşdırmalardır. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə ÿtəşkilatı Xədicəÿ Ismayılı “vicdan məhbusu” elan edib.