Polşanın keçmiş prezidenti Lex Valensa Rusiyanın bir neçə dövlətə parçalanacağını istisna etmir. Ukrayna mətbuatına müsahibəsində o bildirib ki, bəzi regionlar ayrıla, Rusiya isə əhəmiyyətli dərəcədə balacalaşa bilər. «Rusiyada azı 60 xalq var. Ölkə dağıla və cəmi 20 milyon əhali ilə qala bilər. Bu, parçalanmanın necə baş verəcəyindən asılıdır», – deyə o qeyd edib.
Valensa həmçinin Rusiyanın Qərbdən 30-50 il geri qaldığını da vurğulayıb. Onun sözlərinə görə, Rusiya heç vaxt Qərb dünyasının prinsipləri ilə yaşamayıb. Bu ölkədə heç vaxt demokratiya və azadlıq olmayıb. Bu ölkə həmişə istəyib ki, düşməni olsun.
azadlıq.info