AZAL-ın bilet qiymətləri niyə «od» tutur»
Hakimiyyətin “analoqsuzluğu” bütün sahələrdə özünü göstərməkdədir. Amma qiymət məsələsində bu “analoqsuzluğun” öz xüsusi çəkisi var. Yalnız, bananın, kartofun, yumurtanın və digər ərzaq məhsullarının qiyməti süni şəkildə artırılmır. Həm də AZAL-ın uçuş qiymətləri bütün mənalarda vətəndaşı uçurdur.
Deməli, AZAL-ın reysləri ilə Bakı – London 736 AZN, Bakı-Frankfurt 766 AZN, Bakı-Paris 594 AZN,ÿBakı-Moskva 443 AZN, Bakı-Milan 395 AZN, Bakı-Istanbul 236 AZN ÿtəşkil edir.
Bu reyslərin Tiflis vasitəsilə baş tutma qiymətləri isə belədir: Tiflis-London 401 AZN, (LOT – şirkətin adı), Tiflis-Frankfurt 280 LOTÿ, Tiflis-Paris 313 MAU, Tiflis-Moskva 253 ÿMAUÿ,Tiflis-Milan 239 Alitalia, Tiflis-Istanbul 152 Pegasus.
Iki tərəfə, gediş-gəliş üçün ucuz biletlərin siyahısı isə belədir: London-Oslo 31 AZN (1153 km) Ryanair, London-Köln 31 AZN (497 km) Ryanair, London-Berlin 65 AZN (932 km) Ryanair, Barselona-Amsterdam 45 AZN (1239 km) Ryanair, Bakı-Naxçıvan 100 AZN (400 km) AZALÿ
Qiymətlərdən də göründüyü kimi AZAL-da vətəndaşı talamaq siyasətinin tərkib hissəsinə daxildir. Bu da hansısa məhsul deyil ki, “maya dəyəri baha gəlir” deyələr. Müxtəlif dövrlərdə alınmış təyyarələrdən istifadə olunur və yanacağın qiymətində də qalxım olmayıb. Əksinə, yanacağı özümüz istehsal edirik, təyyarlərlərdə ölkəyə məxsusdur. Necə olur ki, London-Berlin reysi (932 km) 65 AZN olduğu halda, Bakı-Naxıçıvan reysi (400km) 100 AZN olur? Necə olur ki, Tiflis-London reysi 401 AZN-ə, Bakı-London reysinin bileti isə 736 AZN-ə başa gəlir?
Onsuz da bu ölkədə bütün sahələr vətəndaşın müflisləşməsi üçün xidmət edir. Amma bu azmış kimi heç bir əsas olmadan uçuş qiymətləri də artırılır. Onu da qeyd etmək yerinə düşər ki, bu sahə də hakim ailənin nəzarətindədir. Məsələn, “Silkvay”ın hakim ailəyə məxsusluğu ilə bağlı araşdırma yazıları var.
Məsələ burasındadır ki, bu qədər yüksək qiymətlərin olmasına baxmayaraq, AZAL zərərlə işlədiyini iddia edir və dəfələrlə bunu əsaslandırmağa çalışır. Amma yuxarıdakı rəqəmlər onu deməyə əsas verir ki, yerdə olduğu kimi, göydə də talançılıq davam edir.
S.Novruz