Ombudsman Aparatının nümayəndələri siyasi məhbus Sənan Daşdəmirlilə görüşəcək. Bu barədə "Azadlıq" qəzetinin sorğusuna cavab olaraq Ombudsman Apratının qaynar xəttindən bildiriblər. Sənan Daşdəmirlilə görüş üçün Ombudsman Aparatına siyasi məhbusun atası Rafiq Daşdəmirli müraciət edib. Xatırladaq ki, son günlər Sənan Daşdəmirlinin səhhətində ciddi problemlər yaranıb. Sənan Daşdəmirli noyabrın 17-də yaşadığı binanın həyətində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Sənan Daşdəmirlini Atası Rafiq Daşdəmirlinin siyasi fəaliyyətinə görə narkotik ittihamı ilə şərləyərək həbs ediblər.