"Mən Divanın bu qərarını yalnış və ziyanlı hesab edirəm. İndiki məqamda partiyada birlik, bütövlük yaratmaq istiqamətində addımlar atılmalıdır. Rəhbərlik çalışmalıdır ki, qurultaydan sonra yaranan qarşıdurmanı aradan qaldırsın. Lazım gələrsə güzəştlərlə, dialoq yolu ilə bu konflikti aradan qaldırsın. Ancaq təəssüf ki, rəhbərlik bu addımların tam tərsi addımlar atır. "Asarıq", "kəsərik", "qovarıq" ritorikası ilə siyasət yürüdür. Heç kim unutmamalıdır ki, partiyada fəaliyyət könüllü və ictimai əsaslarladır. Yəni heç bir üzv partiyadan məvacib almadan bütün bu məhrumiyyətlərə qatlanır. Seçki ilində başqanlığa keçmiş namizədin partiyadan çıxarılması seçkidə partiyanın gələcək uğursuzluğundan xəbər verir. Ümumiyyətlə partiya Divanı cəza vermə strukturu deyil. Divan MNTK-nın səlahiyyətlərinə əlindən almış vəziyyətdədir təəssüf ki. Bu addım partiyanın daha da zəifləməsinə gətirib çıxaracaq, bu gün kimi aydın məsələdir."
(İslamazeri.az)