Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panamaya rəsmi səfərə gedib. Səfər çərçivəsində onun Panamanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Bu barədə Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Elmar Məmmədyarovun bu ölkəyə səfərinin səbəbləri bəlli olmasa da, Panamanın ofşor zona olması bəzi mülahizələrə səbəb olub. Ekspertlər hesab edir ki, Elmar Məmmədyarovun səfərinin kökündə məhz hakimiyyət təmsilçilərinin burada ciddi maliyyə vəsaitlərinin olması dayanır.