AXCP rəhbərliyi oktyabrın 5-də partiya sədrinin müşaviri, barəsində xuliqanlıq ittihamı ilə saxta cinayət işi açılaraq 2 aylıq həbs qətimkan tədbiri seçilən Məmməd İbrahimin ailəsinə baş çəkib.
AXCP sədri Əli Kərimli, onun müavinləri Nurəddin Məmmədli və Fuad Qəhrəmanlı, partiyanın Rəyasət Heyəti üzvü Səadət Cahangir partiyadaşlarının yaşadığı evə gedərək, ailəyə mənəvi dəstəyini ifadə edib.