Ağır Cinayətlər Məhkəməsinin Xədicə İsmayıl barəsində çıxardığı hökmdən apelyasiya şikayətinə baxılma vaxtı məlum oldu.
İlkin baxış 15 oktyabr 14.30-da Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçiriləcək.
Bu barədə “Azadlıq.info”ya məlumatı Xədicə İsmayılın vəkili Fəxrəddin Mehdiyev verib.
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.