Belarusun Ermənistandakı səfiri İqor Nazaruk yerli mətbuata müsahibəsində Belarusun Qarabağ münaqişəsində Ermənistana dəstək verdiyini deyib. Onun sözlərinə görə, Ermənistan Qarabağ münaqişəsində tək qalmayacaq. Çünki o Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə tərəfdaşlarının, dostlarının və qardaşlarının əhatəsindədir.
Belarus səfiri müsahibəsində jurnalistin KTMT-nın cəbhədə baş verən son gərginliklərə reaksiya verib-verməyəcəyinə dair sualını da cavablandırıb: “Ötən həftə “Baqramyan” poliqonu da daxil olmaqla, Ermənistan ərazisində KTMT xətti üzrə təlimlər keçirildi. Təlimlərdə Ermənistan, Rusiya, Belarus və təşkilata üzv digər ölkələrin hərbçiləri iştirak edib. Təbii ki, bu növ təlimlərə qonşu ölkələr maksimum diqqət ayırırlar. Bu, Ermənistanın Qarabağ münaqişəsində tək qalmayacağına dair aydın siqnal idi. O öz tərəfdarlarının, dostlarının, mən deyərdim ki, qardaşlarının əhatəsindədir. Bu təcavüzün kollektiv müdafiə ilə qarşılaşacağına dair bütün dünyaya bir mesaj idi”.