Bazar günü Səudiyyə Ərəbistanı neftin qiymətini xeyli salıb. Ötən ay da Körfəzdəki rəqib istehsalçılar böyük ixtisarlar etmişdilər. «The Wall Street Journal» yazır ki, neftin qiymətinin aşağı olmasına baxmayaraq, Birləşmiş Ştatlar da istehsalı artırır və neft ixracatçısı ölkələri təşkilatı (OPEC) Asiya bazarlarında payını saxlamaq uğrunda mübarizə aparır.
Səudiyyənin «Saudi Aramco» dövlət şirkəti Asiyaya göndərdiyi neftin barelinin qiymətini 1.7 dollar endirib. Eləcə də Yaxın Şərqə göndərilən neftin bareli 2 dollar, ABŞ-a göndərilənin qiyməti 30 sent ucuzlaşdırılıb.
Ötən ay İran, İraq, Yaxın Şərqin digər ölkələri qiymətləri daha çox endiriblər. Səudiyyə isə daha çox neft çıxaracağını deyir, ümid edir ki, qiymətin salınması Asiyanın tələbatını stimullaşdıracaq və rəqibi ABŞ-da baha başa gələn istehsalı vuracaq. Ancaq Çində iqtisadi artım zəiflədiyindən iyulda ABŞ-da istehsal sutkaya 68 min barel artıb. Məlumatı ABŞ-ın Enerji İnformasiyası İdarəsi yayıb.