Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri Türkiyənin hava məkanını pozublar. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir.
Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını oktyabrın 3-də pozduğu bildirilir.
Bundan sonra Rusiyanın Ankaradakı səfiri XİN-ə çağırılıb və ona belə hadisənin bir də təkrarlanması üçün xəbərdarlıq edilib.
Xarici işlər naziri Firidin Sinirlioğlu isə rusiyalı həmkarı Sergey Lavrov, ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri, Fransa və Böyük Britaniyanın XİN başçıları ilə əlaqə saxlayıb. <p”>