“Vicdan məhbusu Seymur Həzi zəng etmişdi. Bütün vicdanlı və mübariz insanlara salam söylədi. AXCP qurultayının yüksək ovqatından sevindiyini söylədi, buna görə cəbhəçilərə və Əli bəyə təşəkkür bildirdi”.
Bu sözləri “Azadlıq”ın köşə yazarı Şahvələd Çobanoğlu “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Seymur Həzi AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbsinə də reaksiya verib. “Məmməd bəyin həbsindən qəzəbləndiyini, amma mübarizənin əzmlə davam edəcəyini dedi. Türmədən çıxandan sonra mənimlə Səmərqəndə gedəcəyini də söylədi. Və xeyli analitik söhbətlər elədi. Ayrı aləmdir bu adam”, – deyə Şahvələd Çobanoğlu bildirib.