«Beynəlxalq Bankın problemli kreditlərinin artmasına nəzarət olunmayıbsa, deməli, Maliyyə Nazirliyi işinin öhdəsindən gəlməyib»
Beynəlxalq Bankla bağlı baş verən qalmaqalla bağlı etiraflar davam etməkdədir. Maliyyə naziri Samir Şərifovdan bir neçə gün əvvəl bununla bağlı maraqlı açıqlama gəlib. S.Şərifov əslində Beynəlxalq Bankın əvvəlki rəhbərliyi barəsində cinayət məsuliyyəti yaradan açıqlama ilə çıxış edib:
“Hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankı müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verib? Halbuki sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib”.
“Beynəlxalq Bankın keçmiş rəhbərliyinə sərt ittiham”
S.Şərifov deyib ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyi ciddi səhvlərə yol verib: “Bu səbəbdən əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi edilən əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları araşdırma aparır. Düzdür, bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb. Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi tələblərə əməl etməyib. Lakin bu bank Qafqazın ən iri bankıdır. Orada əhalinin böyük məbləğdə əmanətləri var. Bu bankın sistem əhəmiyyətli olması nəzərə alınaraq, ölkə başçısı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üçün fərman imzaladı. Hazırda problemli aktivlərin idarə olunması ilə başqa qurum məşğuldur”.
“Dövlətin nəzarətində olan qurumların borcunu büdcə qaytaracaq”
S.Şərifovdan daha bir maraqlı açıqlama təbii inhisarçılarla bağlıdır. O, səhmlərinə dövlətin nəzarət etdiyi bəzi qurumların borclanma iləÿbağlı fəaliyyətinin ürəkaçan olmadığını deyib. S.Şərifov bildirib ki, bəzi qurumlar dövlət zəmanəti ilə ÿgötürülmüş borclara xidmət göstərə ÿbilmirlər: “Hazırda biz bu borcların müəyyən hissəsini dövlət büdcəsi hesabına ödəməyəÿ məcburuq. Ona görə bu bizim növbəti ilin dövlət büdcəsindəÿözÿəksini tapıb. Beləÿki, bizim dövlət borcuna xidmətlə ÿbağlı xərclərimiz artıb. Bunun bir qismi, qeyd etdiyim kimi, manatın devalvasiyası nəticəsində, digər qismi isə ÿməhz beləÿ amillərəÿ görəÿ artıb”.
Məlumat üçün deyək ki, xarici borcların böyük hissəsi “Azərenerji”, “Azərsu” və Nəqliyyat Nazirliyinin payına düşür. Milyardlarla dollar məhz elektrik və su təchizatının yaxşılaşdırılmasına, yol layihələrinə sərf edilib. Bu layihələr həm də korrupsiya mənbəyi olduğundan xaricdən alınan borclar, demək olar, göyəÿ sovrulub. Samir Şərifov ad çəkməsəÿdə, böyük ehtimalla yuxarıda adlarını qeyd etdiyimiz qurumları nəzərdə tutur.
Bəs, S.Şərifovun Beynəlxalq Bankın keçmiş rəhbərliyi ilə bağlı açıqladıqları əlaqəli olaraq hansı tədbirlər görülməlidir?
Təbii inhisarçıların götürdükləri borcların büdcə hesabına qaytarılması nə dərəcədə düzgündür?
“Beynəlxalq Bankın verdiyi kreditlərə maliyyə nazirliyi də məsuliyyət daşıyırdı”
Iqtisadçı Samir Əliyev qeyd etdi ki, Beynəlxalq Banka qarşı ittihamları bankın idarəçiliyində birbaşa iştirak edən nazirliyin rəhbərliyi səsləndirir. Əgər Maliyyə Nazirliyi qeyd edirsə ki, Beynəlxalq Bank ya kreditləri girovsuz verib, ya da qoyulan girov götürülən kreditin məbləğinə adekvat olmayıb, belə bir mövqe Maliyyə Nazirliyini məsuliyyətdən azad etməməlidir: “Beynəlxalq Bank dövlət mülkiyyətində olan bankdır. Nəzarət səhm paketi maliyyə nazirliyinə məxsusdur. Müşahidə Şurası bankların fəaliyyətinə nəzarət edir. Banklar haqqında qanuna görə, Müşahidə Şurasının Idarə Heyətindən hesabat tələb etmək, məsləhət vermək kimi digər hüquq və vəzifələri var. Müşahidə Şurasının da rəhbəri maliyyə nazirinin müavini Azər Bayramovdur. Bu proses bir neçə ildir ki, davam edir. Bu proses yeni deyil. Üç-dörd ildir ki, Beynəlxalq Bankda problemli kreditlərin artmasını müşahidə edirdik. Əgər bu vaxta qədər problemli kreditlərin artmasına Müşahidə Şurası nəzarət etməyibsə, deməli, Maliyyə Nazirliyi öz işinin öhdəsindən düzgün gəlməyib. Ona görə məsuliyyətin yalnız Beynəlxalq Bankın rəhbərliyinin üzərinə qoyulması yanlışdır”.
“Dövlət təbii inhisarçıların özəlləşdirilməsinə getməlidir”
Təbii inisarçıların götürdükləri kreditlərin büdcə hesabına qaytarılmasına gəlincə isə, S.Əliyev vurğuladı ki, kreditlərin qaytarılmaması onunla səmərəsiz idarətmə ilə əsaslandırılır. Amma borcun qaytarılmamasının digər səbəbi kimi manatın devalvasiyası göstərilir: “Bir sıra dövlət təşkilatlarının xarici borcları devalvasiyaya görə 34 faiz artıb. Çünki bu təşkilatların borcları dollarla götürüldüyündən onların borcları manat ekvalentində artıb. Bu baxımdan devalvasiyaya görə artan borc büdcə hesabına ödənilə bilər. Çünki devalvasiya qərarını dövlət verib. Amma səmərəsiz idarəçiliklə bağlı artan borcun ödənilməsini dövlətin üzərinə yükləmək düzgün deyil”.
S.Əliyevin fikrincə, dövlət, ümumiyyətlə, kommunal xidmət göstərən təşkilatların özələşdirilməsinə getməlidir. Çünki bu şirkətlər həm dövlətdən subsidiya alır, həm də iri borclanmaya gedərək sonda həmin borcları dövlətə ödətdirir. Bu şirkətlərin özəlləşdirilməsi dövləti bu yükdən azad etmiş olar. “Hesab edirəm ki, hökumət bir sıra dövlət təşkilatlarının özəlləşdirilməsinə bir müddət sonra gedəcək”, deyə S.Əliyev vurğuladı.
Xəyal