Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına start verilib. İlk oyun günündə E, F, G və H qruplarında oyunlar keçirilib.
E qrupunda turnirin son qalibi “Barselona” öz meydanında “Bayer”i (Leverkuzen) qəbul edib. “Roma” isə səfərdə BATE-nin qonağı olub.
F qrupunda “Bavariya” doğma azarkeşləri önündə “Dinamo” (Zaqreb) ilə qarşılaşıb. İlk görüşdə “Dinamo”ya uduzan “Arsenal” bu tur evdə “Olimpiakos”la üz-üzə gəlib.
G qrupunda “Çelsi” Portuqaliyada “Portu”nun qonağı olub. Kiyev “Dinamo”su isə səfərdə “Makkabi” (Təl-Əviv) ilə münasibətlərinə aydınlıq gətirib.
H qrupunda “Lion” doğma azarkeşləri önündə “Valensiya”nı sınağa çəkib. “Gent” isə Peterburqda “Zenit”in qonağı oldu.
Oyunlarda bu hesablar qeydə alındı:
E qrupu
BATE Borisov 3 – 2 Roma
FT Barcelona 2 – 1 Bayer Leverkusen
F qrupu
Arsenal 2 – 3 Olympiakos
FT Bayern Munich 5 – 0 Dinamo Zagreb
G qrupu
FC Porto 2 – 1 Chelsea
FT Maccabi Tel Aviv 0 – 2 Dynamo Kiyev
H qrupu
Lyon 0 – 1 Valencia
Zenit St. Petersburg 2 – 1 Gent
Qeyd edək ki, sentaybrın 30-da Çempionlar Liqasında qrup mərhələsinin qalan 8 oyunu sabah keçiriləcək.