Sankt-Peterburq metrosunda dünən baş verən terror zamanı ölənlərin sayı 14 nəfərə çatıb. Bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib. Nazir deyib ki, 11 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Nazirin verdiyi məlumata görə, hazırda 49 nəfər yaralı xəstəxana şəraitində müalicə alır. Daha 13 yaralı isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
***
Faciə ilə bağlı Peterburqda 3 günlük matəm elan olunub.
***
İnterfaks xəbər verir ki, partlayışı 23 yaşlı Orta Asiyalı törədib. Şübhəlinin təhlükəsizlik kameralarına düşdüyü bildirilir. Agentliyin məlumatına görə, terrorda 1 kq. trotil gücündə partlayıcıdan istifadə olunub.
Rusiya KİV-i hadisə barədə şahidlərin dediklərini dərc edir. Şahidlərdən biri bildirib ki, partlayışdan qabaq bir nəfər portfelini vaqonda qoyaraq çıxıb.
***
“Evronews”in xəbərinə görə, partlayış iki müxtəlif stansiyada və iki müxtəlif xəttə olub.
Rusiyanın Sankt-Peterburq şəhərində, metroda partlayış baş verib. Partlayış “Sennaya meydanı” stansiyasında vaqonlardan birində olub. Nəticədə 10 sərnişin ölüb, 50 nəfər isə yaralanıb.
Stansiya bağlanıb və sərnişinlər stansiyadan çıxarılıb.
Maraqlıdır ki, partlayış Rusiya prezidenti Putinin şəhərə səfəri ilə üst-üstə düşür. Putin Peterburqda təşkil edilən bir ictimai forumda iştirak və çıxış edib. Metrodakı partlayış Putin çıxışını bitirməyə 15 dəqiqə qalmış baş verib.
azadliq.info