Bakıda Mehdi Mehdizadə küçəsiylə 28 May küçəsinin kəsişməsində (Rabitəbankın yaxınlığı) yerləşən dəmir yolu körpüsü təmir zamanı uçub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə kran aşması səbəbindən baş verib.
Hadisə nəticəsində yol bağlanıb, nəqliyyatında hərəkətində problem yaranıb. Qəza və yaralıların olub-olmadığı barədə rəsmi məlumat hələ ki, yoxdur.