İstanbulda “Şirinevler 75 il” polis mərkəzi yaxınlığında partlayış olub. Terror aktında 10 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Yaralıların hamısı xəstəxanalara çatdırlıb. Partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb.
Polisin partlayışı törətməkdə şübhəli sayılan 1 nəfəri axtardığı bildirilir.
Məlumatda o da bildirilir ki, eyni Polis Mərkəzi 2012-ci ildə də terror hücumuna məruz qalıb.