Proses bir neçə məmurun cəzalandırılmasına səbəb ola bilər
Nazirlər Kabinetinin qərarı ilə bəzi ərzaq məhsullarının idxal rüsumlarını artırılması ilə bağlı qərar noyabr ayında qüvvəyə minməlidir, lakin indidən həmin məhsulların qiyməti qaldırılıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Nazirlər Kabinetinin məlum qərarı ictimailəşəndən dərhal sonra topdansatış məntəqələri mağazalara məhsulları yeni qiymətlərlə təqdim etməyə başlayıblar.
Məlumat üçün deyək ki, idxal rüsumları artırılan ərzaqların siyahısına ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.
Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0.7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, son günlər sözügedən məhsulların qiymətində artımın müşahidə olunması Nazirlər Kabinetinin məlum qərarı ilə bağlıdır.
Məlumata görə, yaxın günlərdə digər ərzaq məhsullarının, xüsusilə bitki yağlarının , ət və ət məhsullarınn, südün idxal rüsumları da artırılacaq. Qaynağımız iddia edir ki, ərzaq məhsullarının idxal rüsumlarının artırılması hələ 2015-ci ildə planlaşdırılıb. Həmin ildə ölkə başçısı İlham Əliyev keçirdiyi müşavirədə bəyan etmişdi ki, Azərbaycan bütün ərzaq növləri üzrə tələbatı 90 faiz ödəmək qabiliyyətindədir. Şübhəsiz İlham Əliyevin bu bəyanatı ona verilən saxta raportların nəticəsidir. Bu raportlar həm də idxal olunan ərzaq məhsullarının rüsumlarının artırlımasını şərtləndirib. Təsadüfi deyil ki, hökumət nümayəndələri Nazirlər Kabinetinin məlum qərarını yerli istehsalı canladırmaq üçündür. Ekspertlər ise bildirir ki, indiki vaxtda yerli istehsalla ölkənin tələbatını ödəmək mümkün deyil. İdxal rüsumlarının armasından sonra ərzaq məhsullarının bahalaşması da bu səbəbdəndir. “Əgər bu məhsullar Azərbaycanda istehsal edilirsə bahalaşma baş verməməliydi”,-deyə ekspertlər bildirir.
Onların sözlərinə görə, yaxın aylarda Azərbaycanda dəhşətli bahalaşma baş verəcək. “Əgər doğrudan da İlham Əliyev ona verilən raportların saxta olduğunu bilməyibsə, o zaman xeyli məmur cəzalandırıla bilər”,- deyə ekspertlər əlavə edib.