Türkiyə ilə həmsərhəd Suriya ərazisində baş verən bomba partayışı əksəriyyəti üsyançı olmaqla ən azı 20 nəfərin ölümünə səbəb olub.
Onlarla adam xəsarət alıb, fəallar bildirir.
Hücum İdlib vilayətindəki üsyançıların əlində olan Atmeh sərhəd keçidində keşikçilərin dəyişməsinə təsadüf edib.
Həmlənin intiharçı və yaxud da məsafədən idarə olunan partlayıcı vasitəsilə həyata keçirilib-keçirilmədiyi naməlum qalır.
Özünü İslam Dövləti adlandıran qruplaşmaya (İD) yaxın xəbər agentliyi üsyançı karvanının intiharçı tərəfindən hədəfləndiyini bildirir.
Sky News Arabia saytına danışan yerli jurnalistlərdən biri hesab edir ki, hadisədən əvvəl əraziyə maşın buraxılmadığına görə böyük bir ehtimalla partlayışa səbəb içində bomba yerləşdirilmiş çanta ola bilərdi.
Türkiyə hərbiyyəsi İD-ə qarşı vuruşan üsyançı qruplarını dəstəkləyir. Onlar avqust ayında İD nəzarətində olan Cərablus şəhərini ələ keçiriblər və Dabiq şəhərinə doğru irəliləyirlər.
Son hücum Türkiyənin Suriyada başladığı ən irimiqyaslı hərbi əməliyyatın təhlükələrini nümayiş etdirir, BBC-nin Türkiyədəki müxbiri Mark Lowen bidlirir.
“Fərat qalxanı” əməlyyatı ilə Ankara həmsərhəd Suriya ərazisində bufer zonası yaratmaq məqsədini güdür. Nəzərdə tutulur ki, həmin bölgəyə hazırda Türkiyədə məskunlaşan 1.5 milyon suriyalı qaçqın qayıda bilər.