Ekspertə görə, bu bir daha Neft Fondunun vəsaitlərinin səmərəsiz idarə edildiyini göstərir
Dövlət Neft Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırdığı 1 milyard dollar depozit Bankın xarici ödəliklərinin ödənilməsinə yönəldiləcək.
Bunu jurnalistlərə Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbubullayev bildirib.
“ARDNF-in Bankımıza depozit yatırması doğrudur”, – o bildirib. (Marja)
Əslində bu onsuzda problemlər içərisində çabalayan Beynəlxalq Bankı bir qədər də borc bataqlığına salmaqdır. Dövlət vəsaitindən bu formada səmərəsiz istifadə bank sektoruna xeyir yox, əksinə ziyan gətirəcək. Digər tərəfdən bank rəhbərliyi bəyan edib ki, bir sıra bank filialları fəliyyətini dayandıra bilər. Buna səbəb maliyyə xərclərinin optimallaşdırılması və müasir texnikanın inkişafının çoxlu sayda filial saxlanılmasını mənasız edir.
İqtisadçı Nemət Əliyevin fikrincə, öncə onu qeyd etmək lazımdır ki, Neft Fondunun vəsaitlərinin idarəedilməsiylə bağlı biyabırçı vəziyyət yaranıb. Çünki böyük məbləğdə olan maliyyə vəsaitlərinin idarə olunmasından çox cüzi gəlirlər ortalığa çıxarılır. N.Əliyevin sözlərinə görə, Azərbaycana 7.6 milyard borc vermiş xarici investorlar bunun qarşılığında ildə 350 milyon manat gəlir götürəcəklər. Amma Neft Fondu 37 milyard dolların qarşılığında 300 milyon dollar gəlir götürüb: «Baxın Neft Fondunun portfelində olan maliyyə vəsaitləri nə dərəcədə yarıtmaz şəkildə idarə olunub. Eyni halı biz ölkə daxilində də müşahidə edirik. Neft Fondunun ilin əvvəlində büdcəsi təsdiq olunub – 10.4 milyard manat həcmində. Altı aylıq yekuna görə məlum oldu ki, Neft Fondunun il ərzində maliyyələşdirməli olduğu layihələrin cəmi 2.5 milyardını maliyyələşdirib. Halbuki bu müddət ərzində Neft Fondu 5.2 milyardlıq maliyyələşmə həyata keçirməli idi».
Xəyal